AZAL yeni onlayn xidmətlər təqdim edir

11:13 - 13 Mart 2025

AZAL yeni onlayn xidmətlər təqdim edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL xidmət keyfiyyətini daha da artırmaq məqsədilə yeni onlayn xidmətlər təqdim etməyə davam edir. "GetTransfer", "Airalo" və "Booking" platformaları ilə əməkdaşlıq çərçivəsində aviaşirkət müştərilərinə əlavə imkanlar yaradır.

 

Manset.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

AZAL sərnişinlərinə təqdim olunan yeniliklərdən biri "GetTransfer" platformasıdır. Bu xidmət vasitəsilə sərnişinlər səfər etdikləri ölkədən asılı olmayaraq, hava limanından transferi öncədən sifariş edə bilərlər. Bu, səyahət rahatlığını artırmağa və vaxt itkisini minimuma endirməyə imkan verir.

Bundan əlavə, aviaşirkət "Airalo" platformasının e-SİM xidmətini də istifadəyə təqdim edir. Bu yenilik sərnişinlərə fiziki SİM-karta ehtiyac olmadan dünyanın istənilən yerində əlaqədə olmağa imkan yaradır. Beləliklə, yüksək rouminq xərclərindən azad olaraq yerli mobil operator axtarmaq zərurəti aradan qalxır.

AZAL həmçinin "Booking" platforması ilə əməkdaşlıq çərçivəsində sərnişinlərə hotel rezervasiyası xidmətini təklif edir. Bu yenilik sayəsində sərnişinlər yalnız uçuş biletlərini deyil, eyni zamanda səyahət müddətində qalacaq məkanlarını da əvvəlcədən planlaşdıra bilərlər.

Qeyd edək ki, AZAL-ın rəsmi www.azal.az saytında və mobil tətbiqində də yer almış xüsusi keçidlər vasitəsilə sözügedən xidmətlərdən faydalanan sərnişinlər üçün özəl kampaniyalar və endirimlər nəzərdə tutulub.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin