Rəsmi Bakı Pakistandakı terror aktı ilə bağlı bəyanat yaydı

22:23 - 12 Mart 2025

Rəsmi Bakı Pakistandakı terror aktı ilə bağlı bəyanat yaydı

“Pakistanda sərnişin qatarında insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıdıb və dərindən kədərləndirib”.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yaydığı bəyanatda deyilir.

“Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların hamısına şəfa diləyirik. Bu çətin dövrdə biz qardaş Pakistan İslam Respublikası ilə həmrəyik və terror təhlükəsinin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik”, - deyə məlumatda qeyd edilib.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin