ADU QS reytinqlər cədvəlində ən yaxşı universitetlər sırasında - FOTO

22:11 - 12 Mart 2025

ADU QS reytinqlər cədvəlində ən yaxşı universitetlər sırasında - FOTO

Azərbaycan Dillər Universiteti  “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub.

 

Manset.az xəbər verir ki, martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. Azərbaycan universitetləri, ümumilikdə, 5 fənn sahəsində təmsil olunub və 100 pillə irəliləyib.

Azərbaycan Dillər Universiteti  (ADU) “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub. Müraciət edən 5200 universitetdən 1747 universitet tədqiqata cəlb olunub. 

Qeyd edək ki, 2023 və 2024-cü illərdə Azərbaycan Dillər Universiteti Müasir Dillər üzrə 301-340-cı yerləri tutduğu halda, bu il 100 pillə irəliləyərək 201-250-ci sıralarda yer alıb.

Sözügedən reytinq 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.

201-250-ci sırada yer almaq Azərbaycan Dillər Universiteti üçün böyük uğurdur. ADU-nun rektoru, akademik Kamal Abdulla başda olmaqla, bütün universitet kollektivini təbrik edir, yeni uğurlar arzulayırıq! 



Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin