Güləşçimiz Avropa çempionu oldu

22:05 - 12 Mart 2025

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

 

Manset.az xəbər verir ki, təmsilçimiz finalda rusiyalı Yekaterina Karpuşkinaya (UWW) 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) qızıl medala sahib çıxıb.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin