Yolun ortasında sürücünü döyənlər həbs edildi
13 Mart 2025
21:10 - 12 Mart 2025
Ukraynada prezident seçkiləri müharibə başa çatdıqdan və hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək.
Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O deyib ki, “heç kim bilərəkdən heç nəyi təxirə salmayacaq”.
“Müharibə bitdikdən sonra hərbi vəziyyət ləğv ediləcək. Hərbi vəziyyətin ləğvindən sonra isə Ukrayna qanunvericiliyinə uyğun olaraq seçkilər keçiriləcək”, - Zelenski Kiyevdə mətbuat konfransında bildirib.
Zelenski qeyd edib ki, əsas mərhələ atəşkəsdir.
“Biz atəşkəsə hazırıqmı? Bəli. Məsələ Rusiya tərəfinin buna hazır olub-olmamasıdır”, - Ukrayna lideri vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin