Avtobus sürücülərinə nəzarət gücləndirilməlidir - AÇIQLAMA

20:25 - 12 Mart 2025

Avtobus sürücülərinə nəzarət gücləndirilməlidir - AÇIQLAMA

“Bəzi avtobus sürücüləri sükan arxasında ikən qaydaları sərt və kobud şəkildə pozurlar”.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.

“Avtobus sürücüləri ilə bağlı məsələlər həmişə gündəmdədir. Hər bir sürücü haqqında danışmaq olmaz, çünki bəziləri sərnişinlərə qarşı mehriban və həssasdırlar. Lakin təəssüf ki, bəziləri qaydaları sərt və kobud şəkildə pozur, hətta sükan arxasında telefonla danışırlar. Bu cür hallar, əlbəttə, problemdir və ciddi narazılıqlara səbəb olur”, - deyə o bildirib.

Y.Mustafayev onu da əlavə edib ki, AYNA bu hallara nəzarət etməlidir:

“Bununla bağlı daşıma şirkətləri də sürücülərin davranışlarına diqqət yetirməlidir. Hər hansı bir problemə yol verildikdə şirkətlərə sürücülərlə bağlı konkret sübutlar göstərilməlidir və onlar da öz növbəsində müvafiq tədbirlər görməlidirlər”.


Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin