Sürücü və piyadalara XƏBƏRDARLIQ - FOTO

19:33 - 12 Mart 2025

Sürücü və piyadalara XƏBƏRDARLIQ - FOTO

Son günlər müşahidə olunan dumanlı hava səbəbindən platformalarda, dəmir yolları və dəmiryol keçidləri ətrafında görmə bucağının və məsafəsinin azalması müşahidə olunur.

 

Manset.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadla xəbər verir. 

"Məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən diqqətli olun, məhdudlaşdırıcı xətti keçməyin.

Dəmiryol keçidlərinə yaxınlaşan sürücülərə qatarın gəlmədiyinə və yolun aydın göründüyünə əmin olduqdan sonra hərəkəti davam etdirməyi tövsiyə edirik", - məlumatda deyilir.



Xəbər xətti

13 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin