Yolun ortasında sürücünü döyənlər həbs edildi
13 Mart 2025
19:15 - 12 Mart 2025
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin ABŞ ilə danışıqlarda 30 günlük atəşkəsə niyə razı olduğunu açıqlayıb.
Manset.az xəbər verir ki, buna səbəb ABŞ-nin Ukraynanın hazırkı rəhbərliyinin sülh istəmədiyi ilə bağlı iddialarına son qoymaq olub.
Ukrayna lideri qeyd edib ki, Rusiyanın hər hansı razılaşmalara əməl edəcəyi ilə bağlı heç bir təəssüratı yoxdur, lakin ölkəsinin guya müharibənin ümumiyyətlə bitməsini istəmədiyi ilə bağlı iddialara son qoymaq üçün təklifi qəbul etməyi zəruri hesab edib:
“Mən dəfələrlə vurğulamışam: heç birimiz ruslara güvənmirik. Ancaq Rusiyanın bütün dünyaya yaydığı müharibənin bitməsini istəmədiyimiz haqda nağıllara yol verməyəcəyik. Çox ciddiyəm və müharibəni bitirmək mənim üçün vacibdir. Mən ABŞ prezidentinin və amerikalıların da bunu görməsini istəyirəm.
Ona görə də mənim reaksiyam o oldu ki, biz 30 günlük sükut formatına hazırıq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin