İlham Əliyev XII Qlobal Bakı Forumunda iştirak edir
13 Mart 2025
17:27 - 12 Mart 2025
ABŞ administrasiyası Rusiyaya qarşı sanksiyaları yumşaltmaq üçün hələlik heç bir addım atmayıb.
Manset.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
"Rusiyaya qarşı tətbiq edilən hər bir sanksiyalar qüvvədə qalır. Bu sanksiyaların ləğvi üçün heç bir addım atılmayıb".
Martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddədə (Səudiyyə Ərəbistanı) danışıqlar aparıblar. Onların nəticələrindən sonra verilən birgə bəyanatda xüsusilə qeyd olunur ki, Kiyev 30 günlük atəşkəsə və Vaşinqtonla faydalı qazıntılar üzrə saziş imzalamağa hazırdır. Bunun müqabilində ABŞ Ukrayna ilə hərbi yardım və kəşfiyyat mübadiləsini dərhal bərpa edəcəyinə söz verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin