6 özəl stomatoloji müəssisədə nöqsanlar aşkarlandı

15:14 - 12 Mart 2025

6 özəl stomatoloji müəssisədə nöqsanlar aşkarlandı

Analitik Ekspertiza Mərkəzi tərəfindən 2025-ci ilin yanvar-fevral aylarında ölkədə stomatoloji xidmət göstərən 17 özəl tibb müəssisəsində yoxlama keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, bu yoxlamalar nəticəsində altı müəssisədə nöqsanlar aşkar edilib:

"İnzibati Xətalar Məcəlləsinin 210.1 maddəsi üzrə bir, 215.1 maddəsi üzrə dörd, 215.4 maddəsi üzrə bir protokol tərtib edilərək, növbəti icraata göndərilib".

"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012-596-05-20), pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilərlər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir", - deyə məlumatda qeyd edilib.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin