Putin Lukaşenko ilə danışıqlar aparacaq

14:00 - 12 Mart 2025

Putin Lukaşenko ilə danışıqlar aparacaq

Rusiya prezidenti Vladimir Putin martın 13-də Rusiyaya rəsmi səfər edəcək belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdən sonra bir sıra birgə sənədlərin imzalanması gözlənilir .

Dövlət başçıları Rusiya ilə Belarus arasında münasibətlərin və strateji tərəfdaşlığın inkişafı məsələlərini müzakirə edəcək. Səfər çərçivəsində əməkdaşlıq perspektivləri də danışıqların mövzusu olacaq.

Bu, Aleksandr Lukaşenkonun yenidən dövlət başçısı seçildikdən sonra ilk xarici səfəri olacaq.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin