Süni intellekt sahəsində inqilabi yenilik edildi

08:40 - 12 Mart 2025

Süni intellekt sahəsində inqilabi yenilik edildi

Çinli proqram mühəndisləri süni intellekt sahəsində yeniliyə imza atıblar.

 

Manset.az xəbər verir ki, mühəndislər insanlardan asılı olmayan, yəni sərbəst qərarlar qəbul edə bilən süni intellekt aləti hazırlayıblar. Bu dünyada ilk hesab edilir. Məlumata görə, “Manus” adlı süni intellekt vasitəsi insan göstərişlərinə ehtiyac duymadan mürəkkəb tapşırıqları yerinə yetirə bilir. ChatGPT, “Google”un “Gemini” və ya “Grok” kimi insan girişinə ehtiyacı olan çatbotlardan fərqli olaraq “Manus” təkbaşına qərarlar qəbul edə və tapşırıqları yerinə yetirə bilər.

Bildirilir ki, qabaqcıl süni intellekt alətinin hər hansı fəaliyyəti yerinə yetirmək üçün təlimatları gözləməsi lazım deyil. Məsələn, əgər bir şəxs “Mənə ev tapın” deyirsə, “Manus” araşdırma apara, çoxsaylı faktorları qiymətləndirə və fərdi tövsiyələr verə bilər. “Manus” menecer kimi işləyir. Bu, ona mürəkkəb, çoxmərhələli iş axınlarını problemsiz idarə etməyə imkan verir.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin