İcra başçısı göndərilən məmurun yerinə YENİ TƏYİNAT
12 Mart 2025
22:08 - 11 Mart 2025
Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Bakıda rəsmi qarşılanma mərasimi olub.
Manset.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinə raport verib.
Şimali Makedoniya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin