İcra başçısı göndərilən məmurun yerinə YENİ TƏYİNAT
12 Mart 2025
20:00 - 11 Mart 2025
Milli Məclisin son iclasında deputat Vüqar Bayramov güzəştli ipoteka kreditlərinin maksimum məbləğin 100 min manatdan 150 min manatadək artırılmasını təklif edib. Onun sözlərinə görə, hazırda güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla, 4 faizlə 30 il müddətinə təklif olunur.
Manset.az Yeni Sabah-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ayrılan 100 min manat paytaxtın əmlak bazarında uyğun mənzil tapmağa əlverişli deyil:
“Hazırda güzəştli ipotekalarla bağlı maksimal limit 100 min manata qədərdir. 8 faizli ipotekalar isə 150 manata qədərdir. 100 və 150 min manat hazırda Bakı şəhərində mənzil almaq üçün çətinlik yaratsa da, digər şəhər və bölgələrdə rahat mənzil əldə etmək olur.
Amma məsələyə paytaxt meyarı ilə baxaq. Mərkəz və mərkəzəyaxın ərazilərdə ipoteka predimetinə çevrilə biləcək ən ucuz 1 otaqlı, köhnə 9 mərtəbə binalardakı mənzilin indiki qiyməti 120 min manatdan çoxdur. Bu baxımdan ailə üzvlərinin sayını nəzərə alın. Tutaq ki, bu gün hansısa gənc ailə ipotekası ilə 1 otaqlı mənzil alıb 25 il kredit ödəyəcək və bu müddət ərzində ailə böyüyəcək, otaq sayının artması tələb olunacaq”.
Ekspert qeyd edib ki, güzəştli və adi ipoteka məbləğlərinin artırılması müsbət təşəbbüs olar:
“Düşünürəm ki, əmlak bazarında özünü göstərən ciddi qiymət artımları səbəbindən ayrılan ipoteka kreditlərinin məbləğləri də artırılmalıdır. Bu kreditlər bazara uyğun tənzimlənməlidir. Onsuz da ayrılan pul 200 min manat olsa belə, bu məbləği ödəmə qabiliyyəti olan şəxsə bu kredit verilir. Ona görə də limitin artırılması vətəndaşların mənzil problemini arada qaldırmaqla yanaşı, əmlak bazarında da ciddi müştəri çoxluğuna gətirib çıxarar”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin