Övladları I sinfə gedəcək valideynlərə XƏBƏRDARLIQ
12 Mart 2025
17:22 - 11 Mart 2025
"Rusiya Suriyada baş verənlərdən narahatdır və ölkənin qərbində zorakılığın baş verməsini qəbuledilməzdir".
Manset.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri ilə əvvəlki təmaslar göstərdi ki, onlar bütün etno-konfessional qrupların siyasi prosesə daxil edilməsinin zəruriliyi ilə bağlı siqnalları başa düşürlər.
Ötən həftə Suriyanın sahilyanı rayonlarında islamçı qruplar tərəfindən devrilmiş Bəşər Əsədin mənsub olduğu ələvilər tərəfindən qiyam başlayıb. Martın 6-dan bəri əksəriyyəti mülki şəxslər olmaqla 1000-dən çox insan həlak olub. Martın 10-da Suriyanın keçid hökuməti hərbi əməliyyatın başa çatdığını elan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin