Övladları I sinfə gedəcək valideynlərə XƏBƏRDARLIQ
12 Mart 2025
16:53 - 11 Mart 2025
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın Moskvaya PUA hücumları ilə müharibənin həllinə zərər verə biləcəyini bildirib.
Manset.az bildirir ki, Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
Suriyanın və bütün bölgənin sabitləşməsini istədiklərini deyən Peskov, "Gərginliyin yüksək olduğu bir bölgədir və buradakı ölkələrdən birinin sabitliyini pozması və ya parçalanması bütövlükdə bölgə üçün zərərli nəticələr verə bilər"- deyə bildirib.
Ukraynanın Moskva və ətraf qəsəbələrə pilotsuz təyyarələrlə bu günə qədər həyata keçirdiyi ən intensiv hücumdan danışan Peskov qeyd edib:
"Kiyev münaqişənin həlli istiqamətində yaranan tendensiyaya Moskvaya pilotsuz təyyarə hücumları ilə zərbə vurmağa cəhd edə bilər”.
Peskov həmçinin bildirib ki, ABŞ Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna tərəfi ilə başlayan danışıqlar barədə Rusiyanı məlumatlandıracaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin