İcra başçısı göndərilən məmurun yerinə YENİ TƏYİNAT
12 Mart 2025
15:12 - 11 Mart 2025
2023-cü ilin oktyabrından Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində 48 500-dən çox fələstinli ölüb. 112 000-ə yaxın fələstinli yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
"2023-cü ilin oktyabrından bəri İsrail qurbanlarının sayı 48 503 nəfərə yüksəlib, daha 111 927 nəfər yaralanıb".
Qəzza Səhiyyə Nazirliyi bildirib ki, son 24 saat ərzində Qəzza zolağında həkimlər dağıntılar altından 32 cəsədi çıxarıb, 14 yaralı isə xəstəxanalara yerləşdirilib.
Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin qətli və əsirlərin girov götürülməsi ilə müşayiət olunandan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və qaçırılanların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin