Azərbaycanda TV-lər HD yayımı dayandırıblar?

13:55 - 11 Mart 2025

Azərbaycanda TV-lər HD yayımı dayandırıblar?

Audiovizual Şura yerli televiziya kanallarının HD yayımı dayandırması ilə bağlı iddialara aydınlıq gətirib.
 

 

Bu barədə Manset.az-a şuradan məlumat verilib.

Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə televiziya kanallarının həm HD, həm də SD formatda yayımı həyata keçirilir.

Bu yayımlarla bağlı hazırda heç bir problem yoxdur və normal keyfiyyətdə aparılır.

Televiziya kanallarının HD yayımını dayandırması ilə bağlı bəzi sosial şəbəkə hesabları vasitəsilə yayılan xəbərlər həqiqəti əks etdirmir.


Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin