Övladları I sinfə gedəcək valideynlərə XƏBƏRDARLIQ
12 Mart 2025
13:12 - 11 Mart 2025
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ukrayna tərəfdən görüşdə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, Xarici İşlər naziri Andriy Sybiha və müdafiə naziri Rustem Umerov iştirak edir. ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals başçılıq edir.
Daha əvvəl UGA nümayəndələri bəyan etmişdilər ki, danışıqların mövzularından biri Kiyevin Rusiya ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində addımlar atmağa hazır olması olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin