Banu Günelin ölüm xəbəri yayıldı - AÇIQLAMA
12 Mart 2025
10:13 - 11 Mart 2025
Dünyanın ən aktiv vulkanlarından biri hesab edilən Qvatemaladakı Fueqo vulkanında püskürmə baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ən azı 300 ailənin evlərindən təxliyə edildiyi, 30 min insanın isə köçürülmə təhlükəsi ilə üzləşdiyi bildirilib.
Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, bazar günü gecə saatlarında başlayan vulkanik fəaliyyətlə əlaqədar riskli ərazilərdə yaşayan 300 ailə evlərindən təxliyə edilib. Həvəskar kameralar paytaxt Qvatemala şəhərinin təxminən 50 kilometr cənub-qərbində meydana gələn püskürmədən sonra fışqıran lava və kül buludlarını çəkib.
Səlahiyyətlilər 30 min insanın təxliyə təhlükəsi ilə üzləşdiyini açıqlayıb. İndiyə qədər heç bir can itkisinin olmadığı bildirilsə də, bir çox məktəbdə təhsilin dayandırıldığı və riskli yolların ehtiyat tədbiri olaraq nəqliyyat vasitələrinin hərəkətinin bağlandığı bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin