Vulkan püsksürdü- 300 ailə təxliyə edildi

10:13 - 11 Mart 2025

Vulkan püsksürdü- 300 ailə təxliyə edildi

Dünyanın ən aktiv vulkanlarından biri hesab edilən Qvatemaladakı Fueqo vulkanında püskürmə baş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ən azı 300 ailənin evlərindən təxliyə edildiyi, 30 min insanın isə köçürülmə təhlükəsi ilə üzləşdiyi bildirilib.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, bazar günü gecə saatlarında başlayan vulkanik fəaliyyətlə əlaqədar riskli ərazilərdə yaşayan 300 ailə evlərindən təxliyə edilib. Həvəskar kameralar paytaxt Qvatemala şəhərinin təxminən 50 kilometr cənub-qərbində meydana gələn püskürmədən sonra fışqıran lava və kül buludlarını çəkib.

Səlahiyyətlilər 30 min insanın təxliyə təhlükəsi ilə üzləşdiyini açıqlayıb. İndiyə qədər heç bir can itkisinin olmadığı bildirilsə də, bir çox məktəbdə təhsilin dayandırıldığı və riskli yolların ehtiyat tədbiri olaraq nəqliyyat vasitələrinin hərəkətinin bağlandığı bildirilib.

3763 metr hündürlükdə olan və dünyanın ən aktiv vulkanlarından biri sayılan Fueqo vulkanı sonuncu dəfə 2018-ci ildə böyük püskürmə ilə üzləşib. 215 nəfərin həyatını itirib.

Xəbər xətti

12 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin