İran hökuməti şərtləri açıqladı

00:50 - 5 Mart 2025

İran hökuməti şərtləri açıqladı

İran xalqı Kiyev və Vaşinqton arasında aparılan danışıqlarda Ukrayna xalqının şahid olduğu həqarəti görməyə hazır deyil.

 

Manset.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani həftəlik mətbuat konfransı zamanı deyib.

"Danışıqlar xoş niyyət aktıdır, onları zorla qəbul etdirmək olmaz. ABŞ artıq İrana "maksimum təzyiq"i sınaqdan keçirib. Bu təzyiq bizə problemlər yaratsa da, biz Ukrayna xalqının öz prezidentinə münasibətdə şahidi olduğu rüsvayçılığı görməyə hazır deyilik. Bizim yanaşmamız ondan ibarətdir ki, danışıqlar hörmət daxilində aparılmalıdır”, - o bildirib.


Xəbər xətti

5 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin