Mehriban Əliyevadan Od çərşənbəsi ilə bağlı PAYLAŞIM
4 Mart 2025
20:25 - 4 Mart 2025
ABŞ husiləri xarici terror təşkilatı kimi tanıyıb.
Manset.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Rubio bildirib ki, ABŞ Yəmənin Husi hərəkatını terror təşkilatı kimi tanıyır: “Bu gün Dövlət Departamenti prezident Donald Trampın vəzifəyə gəldikdən sonra verdiyi ilk vədlərdən birini yerinə yetirir. Mən Departamentin husiləri xarici terror təşkilatı kimi təyin etməsini məmnuniyyətlə elan edirəm”, - Rubio bildirib.
"Dövlət Departamentinin bugünkü addımı Tramp Administrasiyasının milli təhlükəsizlik maraqlarımızı, Amerika xalqının və Birləşmiş Ştatların təhlükəsizliyini qorumaq öhdəliyini nümayiş etdirir”, - o əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin