Mehriban Əliyevadan Od çərşənbəsi ilə bağlı PAYLAŞIM
4 Mart 2025
18:46 - 4 Mart 2025
Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Altun qeyd edib ki, Prezident Kompleksində keçiriləcək danışıqlarda cari regional və qlobal hadisələr müzakirə olunacaq. Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
Bundan başqa, səfər çərçivəsində 2020-ci il 2 sentyabrda Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan İğdır-Naxçıvan təbii qaz kəmərinin videobağlantı vasitəsilə açılış mərasimi keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin