Bu ölkədə müəmmalı xəstəlik səbəbindən 60 nəfər öldü

17:22 - 4 Mart 2025

Bu ölkədə müəmmalı xəstəlik səbəbindən 60 nəfər öldü

Konqo Demokratik Respublikasında yanvar ayında başlayan səbəbi bilinməyən xəstəlik epidemiyası yaşanır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir kİ, indiyədək epidemiyadan 60 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin səbəbini araşdırır. ÜST-ün fövqəladə hallar üzrə direktoru Dr. Maykl Rayan xəstəliyin bir növ zəhərlənmə ola biləcəyinə dair güclü şübhələrin olduğunu bildirib.

 

 

 

Xəstələr malyariya üçün müsbət nəticə versələr də, onlar bu xəstəlikdə müşahidə olunmayan simptomları da göstərirlər.

ÜST hesabatlarına görə, epidemiya yarasa əti yedikdən sonra 48 saat ərzində bir neçə uşağın ölməsi ilə başlayıb. Ölməzdən əvvəl uşaqlarda Ebola və ya Marburq viruslarının törətdiyinə bənzər hemorragik qızdırma əlamətləri müşahidə olunub.

 

Bölgənin çətin coğrafi quruluşu tibb qruplarının xəstələrə vaxtında müdaxilə etməsinə mane olur. Bu səbəbdən bir çox xəstə yardım gəlmədən həyatını itirir.

 


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin