Fatih Terimin futbolçuları məşqə çıxmaqdan imtina etdilər

15:55 - 4 Mart 2025

Fatih Terimin futbolçuları məşqə çıxmaqdan imtina etdilər

Türk mütəxəssis Fatih Terimin baş məşqçilik etdiyi "Əl-Şəbab"da böyük böhran yaranıb.

 

Manset.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.

3 aydır maaşlarını ala bilməyən futbolçular klub rəhbərliyinə sərt reaksiya göstəriblər. Onlar məşqə çıxmaqdan imtina ediblər. 

Bundan əlavə, bildirilir ki, “Əl-Şabab”ın prezidenti Məhəmməd Əlmünayemin idarəçiliyindən narazı olan bəzi klub rəsmiləri vəzifələrindən istefa veriblər.

Qeyd edək ki, "Əl-Şəbab" hazırda ölkə çempionatında 39 xalla turnir cədvəlinin 6-cıdır.  F.Terim ötən ilin dekabr ayından bu komandanı baş məşqçisidir.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin