Qəzzanın yenidən qurulması ilə bağlı konfrans keçiriləcək

15:34 - 4 Mart 2025

Qəzzanın yenidən qurulması ilə bağlı konfrans keçiriləcək

Martın sonunadək Misirin paytaxtında Qəzza zolağının yenidən qurulması ilə bağlı beynəlxalq konfrans keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə Misirin paytaxtında keçiriləcək Ərəb Dövlətləri Liqasının (LAS) fövqəladə sammitinin yekun bəyanatının layihəsində deyilir.

“Biz bu ayın sonuna qədər Qahirədə Qəzzanın yenidən qurulması üzrə beynəlxalq konfransın keçirilməsini alqışlayırıq”. Yekun bəyannamə layihəsində həmçinin qeyd edilir ki, sammit iştirakçıları Misirin Qəzzanın gələcəyi ilə bağlı planını dəstəkləyəcəklər və beynəlxalq ictimaiyyətdən və beynəlxalq maliyyə təşkilatlarından onu dəstəkləməyə çağıracaqlar.

Bundan əlavə, Ərəb Liqası liderlərinin Fələstin ərazilərində ümumi seçkilərin keçirilməsini tələb edəcəyi gözlənilir.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin