Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
4 Mart 2025
13:24 - 4 Mart 2025
Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırması Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivini geri itələyir.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu fikri Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazirin nümayəndəsi Benjamin Haddad "Franca 2" telekanalının efirində bildirib.
"Ukraynaya silahların çatdırılmasının dayandırılması qərarı sülhü möhkəmləndirir, yoxsa uzaqlaşdırır? Onu uzaqlaşdırır",- deyə nazir bildirib.
Bundan əvvəl Pentaqonun nümayəndəsi TASS-a bildirib ki, ABŞ Silahlı Qüvvələri Ukraynaya hərbi yardımı dayandırıb. Dayandırma hazırda Ukraynada olmayan bütün ABŞ hərbi texnikasına, o cümlədən təyyarə və ya gəmi ilə daşınan və ya Polşada tranzit zonalarda daşınmasını gözləyən silahlara şamil edilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin