Rusiya AZAL təyyarəsinə görə sığorta ödənişi etdi

12:15 - 4 Mart 2025

Rusiya AZAL təyyarəsinə görə sığorta ödənişi etdi

Rusiyanın “АльфаСтрахование” sığorta şirkəti AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı avia-kasko üzrə sığorta ödənişlərini tam şəkildə həyata keçirib.

 

Manset.az xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında sözügedən şirkətin aviasiya və kosmik sığorta üzrə Baş direktorunun müavini İlya Kabaçnik deyib.

Bildirilib ki, şirkət, həmçinin sərnişinlərə də dəyən zərərə görə ödənişləri həyata keçirməyə başlayıb:

“AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” təyyarəsi, eləcə də aviaşirkətin sərnişinlər qarşısında məsuliyyəti “АльфаСтрахование” şirkətində sığortalanıb. Təyyarə üçün tam həcmdə sığorta məbləği üzrə ödəniş fevral ayında edilib”. 

Bununla belə, o, avia-kasko üzrə ödənişlərin həcmini açıqlamayıb.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin