Avtobus və mikroavtobus toqquşdu - 25 nəfər öldü

09:19 - 4 Mart 2025

Avtobus və mikroavtobus toqquşdu - 25 nəfər öldü

Boliviyada sərnişin avtobusunun mikroavtobusla toqquşması nəticəsində 25 nəfər ölüb.

 
 
Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə yerli mətbuat məlumat yayıb.
 
Bildirib ki, Oruro şəhərindən hərəkət edən sərnişin avtobusu Potosi və Oruro bölgələrini birləşdirən magistral yolda mikroavtobusla toqquşub.
 
Qəzada ilkin məlumatlara görə 25 nəfərin həyatını itirdiyini, bəzilərinin ağır olmaqla 26 nəfərin də yaralandığını qeyd olunub.

Qəzanın səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmaya başlanıldığı bildirilib.

Yanğınsöndürənlər və polis qəza yerində axtarış-xilasetmə işlərini davam etdirir.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin