Gürcüstan MDB sazişindən çıxdı

22:40 - 3 Mart 2025

Gürcüstan MDB sazişindən çıxdı

Gürcüstan MDB-nin Elmi-Texniki İnformasiya üzrə sazişindən çıxıb.

 

Manset.az xəbər verir ki, bu barədə sərəncamı ölkənin Baş naziri İrakli Kobaxidze imzalayıb.

Hökumət saytında dərc olunan sənəddə qeyd olunur ki, Gürcüstanın Xarici İşlər Nazirliyi sazişin ləğvi barədə dərhal prezidentə, parlamentə və MDB-nin rəhbər orqanına məlumat verməyə borcludur.

Xatırladaq ki, Gürcüstan 2009-cu ildə MDB-nin tərkibindən rəsmən çıxıb, lakin bəzi sazişlərdə iştirak etməyə davam edib.

2024-cü ilin oktyabrında MDB-nin Baş katibi Sergey Lebedev bildirib ki, Gürcüstan təşkilat çərçivəsində iqtisadi sahədə münasibətləri tənzimləyən 34 sazişdə iştirakını qoruyub saxlayıb.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin