"Oskar” paltarını tikmək 250 saatdan çox çəkdi - FOTO

22:15 - 3 Mart 2025

97-ci “Oskar" mükafatlandırma mərasimində qırmızı xalçaya çıxan ispan aktrisa Penelopa Kruz paltarı ilə diqqət çəkib.

 

Manset.az xarici KİV-ə istindən xəbər verir ki, qırmızı xalçada ağ libası ilə poza verən 50 yaşlı aktrisa gecənin ən dəbli adları arasında olub.

Aktrisa qırmızı xalçada “Chanel”in dizayn etdiyi libası seçib.

Məlum olub ki, paltarın hazırlanması düz 254 saat çəkib. “1992 Spring/Author Haute Coute” kolleksiyasından ilhamlanan paltarda minlərlə dollar dəyərində brilyantlar var.



Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin