Dünyanın ən çox qazanan aktyorları - İlk “10-luq”

21:25 - 3 Mart 2025

Dünyanın ən çox qazanan aktyorları - İlk “10-luq”

“Forbes” jurnalı 2024-cü ilin ən çox qazanan aktyorlarının reytinqini dərc edib.

 

Manset.az xəbər verir ki, hesablamalarda agentlərdən, menecerlərdən, hüquqşünaslardan, həmçinin digər mənbələrdən alınan məlumatlardan istifadə edilib.

Kino sənayesi ilə əlaqəli olmayan gəlirlər hesablamalara daxil edilmir.

Reytinqin lideri, artıq Dueyn Consondur.

Keçən il o, 88 milyon dollar qazanıb ki, bunun da böyük hissəsi “Missiya: Mümkünsüz”, “Qırmızı” və “Moana 2” filmlərinin qonorarından gəlib.

İkinci və üçüncü yerləri müvafiq olaraq Rayan Reynolds (85 milyon dollar) və Kevin Hart (81 milyon dollar) tutub.

Həmçinin ilk “10-luq”da Cerri Seynfeld (60 milyon dollar), Hyu Cekman (50 milyon dollar), Bred Pitt (32 milyon dollar), Corc Kluni (31 milyon dollar) və Adam Sandler (26 milyon dollar) yer alıb.

Ən çox qazanan aktrisa isə 9-cu yerdə olan Nikol Kidman (31 milyon dollar) olub.

Siyahıya həmçinin Uill Smit (26 milyon dollar), Mariska Harqitay (25 milyon dollar) və Çenninq Tatum (24 milyon dollar) daxildir.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin