Bu gün Od çərşənbəsidir
4 Mart 2025
18:43 - 3 Mart 2025
Xəbər verdiyimiz kimi, martın 2-də paytaxtın Nizami rayonu ərazisində təcili tibbi yardım maşınının iştirakı ilə yol qəzası baş verib.
Manset.az xəbər verir ki, hadisədən 1 gün sonra Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) qəzanın görüntülərini yayıb. yayması Görüntülərdən sonra qəza ilə bağlı müzakirələr daha da artıb.
Belə ki, bir çoxları hadisə vaxtı operativ nəqliyyat vasitəsi ilə toqquşan minik avtomobilinin sürücüsünün, digərləri isə təhlükəsizliyə tam əmin olmadan yolayrıcına daxil olan ambulansın günahkar olduğunu düşünür.
Mövzu ilə bağlı saytımıza açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, bu kimi hadisələrdə hər iki tərəf məsuliyyət daşıya bilər. Bu hadisədə hər iki sürücünün xeyrinə və əleyhinə ola biləcək arqumentlərin üzə çıxa biləcəyini deyən ekspert məsələyi hüquq-mühafizə orqanlarının qiymət verəcəyini bildirib:
“Bu tiöli hadisələrə rəsmi hüquqi qiyməti yalnız ibtidai istintaq orqanları və məhkəmə verə bilər. Nəticədə sağlamlığına ağır zərər çəkmiş şəxslər olduqda bu kimi hadisələr cinayət xarakterli hadisə hesab olunur. Amma hər bir hadisədə olduğu kimi burada da müəyyən məqamlar mövcuddur və bunlar mütləq nəzərə alınmalıdır. Videodan görünür ki, ambulans işıqforun qırmızı işığında hərəkətini davam etdirir və xüsusi işıq siqnalını da qoşub. Xüsusi səs siqnalını qoşub-qoşmaması videodan məlum olmur. Yol Hərəkəti Haqqında Qanunun birinci maddəsində operativ nəqliyyat vasitəsi anlayışı var, həmin qanunun 48 və 74-cü maddələrində göstərilir ki, operativ nəqliyyat vasitəsi ola biləcək bu tiöli nəqliyyat vasitələri həm işıq, həm də səs siqnalları-ikisi də qoşulmuş olduqda üstünlüyə malikdir. Bu vasitələrdən biri qoşulub, digəri qoşulmadıqda o operativ nəqliyyat vasitəsi deyil və bu kateoqriyadan nəqliyyat vasitəsi kimi üstünlüyə malik deyil. Hər ikisi qoşuludursa, ond aoperativ nəqliyyat vasitəsidir. İlk olaraq bu məqam dəqiqləşdirilməlidir. İkinci məqam isə ondna ibarətdir ki, bu şəraitdə həmin avtomobilin və ambulansın sürücüləri bir-birini nə vaxt gördülər? Burda bir incə məqam var, sürücülərin həm xeyirinə, həm də ziyanına işləyə biləcək bir detaldır. Videoda toqquşan minik avtomobili ilə yanaşı başqa bir minik maşını da var. videonun əvvəlində görünür ki, o, toqquşan avtomobildən qabaqdadır. Lakin o, sürətini azaldaraq yolayrıcına daxil olmur. Ondan arxadan gələn minik avtomobili isə hərəkətinə davam edir. Operativ nəqliyyat vasitəsində səs və işıqlar qoşulmuşdusa belə fikir yaranır ki, həmin sürücü də bu işarələri görə və eşidə bilərdi. Sual yaranır ki, işıqla yanaşı səs siqnalı da qoşulmuşdumu? Qoşulmuşdusa sürücü bunu niyə görmədi və ya eşitmədi?!”
Ə.Hüseynov bildirib ki, digər bir incə məqam isə görmə şəraiti ilə bağlıdır: “Bu məqamın da üstündən heç cürə keçilməməlidir. Videoda minik avtomobilinin sürücüsünün xeyrinə ola biləcək bir detal da var. Diqqət yetirsəniz görəcəksiniz ki, ambulansın sağ tərəfində yaşıllıq var. Yol hərəkətinin təhlükəsizliyində “təhlükəsizlik üçbucağı” deyilən anlayış var. Belə kəsişən yollarda yolayrıcına yaxınlaşan sürücülər hansı məsafədən bir-birini görə bilirlər. Burada ortalıq ərazidə yaşıllıq var, onlar bir-birlərini gec görə bilərlər. Ola bilər ki, minik avtomobilinin sürücüsü yaşıllığa görə ambulansı görmür, bu onun xeyrinə ola biləcək məqamdır. Nəzəri cəhətdən mümkündür ki, ambulansı görmür və səsin haradan gəlməsini də həmin anda müəyyənləşdirə bilmir. Səslə yanaşı üçbucaq məsələsini də dəqiqləşdirmək lazımdır. Bu sual o vaxt qoyulacaq ki, ambulansın hər iki işarəsi qoşulu olsun. Bunu müəyyənləşdirmək də elə çətin məsələ deyil”.
Ekspertin fikrincə ambulansın sürücüsünün hərəkət vaxtı təhlükəsizliyə əmin olması vacibdir: “Yol Hərəkəti Haqqında Qanunun 74-cü maddəsində konkret göstərilib ki, üstünlüyündən istifadə etmək istəyən operativ nəqliyyat vasitəsinin sürücüsü əmin olmalıdır ki, digər hərəkət iştirakçıları ona yol verirlər və qaydalardan kənara çıxmaq tam təhlükəsizdir. Bu bütün operativ nəqliyyat vasitələrinə aiddir. Əgər səs və işıq siqnallarını qoşub qaydalardan kənara çıxırsansa, işıqforun qırmızı işığında hərəkət edirsənsə, əmin olmalısan ki, yaşıl işıqda gələnlər sənə yol verirlər, və ya piyada varsa piyada ona yol verir. Əgər sənə yol verilməsinə əmin deyilsənsə, qaydalardan kənar çıxmamalısan. Əgər ambulans sürücüsü səs və işıq siqnallarını qoşubsa, burada onun əleyhinə işləyən əsas məqam da məhz bu olacaq. Yəni yaşıl işıqda hərəkət edən minik avtomobilinin dinamikasından onun dayanmaq istəməməsi görünürsə, təhlükəsizlik tədbirləri görməlisən. həmçinin videodan görünür ki, ambulans yolayrıcına daxil olandan sonra sürətini bir qədər artırır. Bu məqamlar düşünürəm ki, mütləq qiymətləndirilməlidir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin