Bu qurum da ƏDV-dən azad edildi

16:40 - 3 Mart 2025

Bu qurum da ƏDV-dən azad edildi

Baş Prokurorluğa yeni səlahiyyət verilib.

 

Manset.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İndiyə qədər müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən (Azərbaycan Respublikasının Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş digər dövlət xidmətləri və dövlət agentlikləri) verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilib.

Dəyişikliyə əsasən, bu səlahiyyət Baş Prokurorluğa da verilib.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin