Yüksək vəzifəyə təyin edilən Şahin Babayev kimdir?

16:30 - 3 Mart 2025

Yüksək vəzifəyə təyin edilən Şahin Babayev kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

 

Manset.az yeni təyin edilən icraçı direktorun tərcümeyi-halını təqdim edir.

Şahin Babayev 1988-ci ildə anadan olub. 2006-2010-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında, 2012-2021-ci ildə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində çalışıb. 2023-cü ildə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.

O, 2024-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışır.

Ailəlidir, rus və ingilis dillərini bilir.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin