Sürücülərin nəzərinə! - Duman olacaq
3 Mart 2025
16:31 - 3 Mart 2025
Litva hakimiyyəti 74 gürcü məmurun ölkəyə girişinə qadağa qoyub.
Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Baltikyanı respublikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İnsan hüquqlarının və əsas azadlıqların kobud və sistematik şəkildə pozulmasına, Sakartvelo sakinlərinə qarşı repressiyalara görə 74 nəfərin Litvaya girişinə icazə verilməyib”, - deyə məlumatda bildirilir.
Sanksiya siyahısına Konstitusiya Məhkəməsinin yeddi hakimi, digər kateqoriyadan olan hakimlər, prokurorlar və polis əməkdaşları daxildir.
2024-cü ilin dekabrında Vilnüs “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili və daha 10 Gürcüstan vətəndaşının, o cümlədən daxili işlər naziri Vaxtanq Qomelaurinin və bir sıra təhlükəsizlik məmurlarının Litvaya girişini qadağan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin