Sürücülərin nəzərinə! - Duman olacaq
3 Mart 2025
16:14 - 3 Mart 2025
İsrail hərbçiləri Livanın cənubundakı sərhəd Kfar Kila şəhərinə qayıdan bir qrup qaçqına xəbərdarlıq atəşi açıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, açılan atəş nəticəsində bir neçə nəfər yaralanıb. Zərərçəkənlərdən biri ağır vəziyyətdə xəstəxanaya aparılıb .
Hadisə Bab Fatimə keçid məntəqəsinin yaxınlığında yerləşən yaşayış binasının yaxınlığında baş verib.
Qeyd edək ki, fevralın 28-də respublikanın baş naziri Navaf Salam Livanın cənubuna səfər edib və qaçqınların tezliklə öz yaşayış yerlərinə qayıtmasını təmin edəcəyinə söz verib. Eyni zamanda, Salam vurğulayıb ki, İsrail qoşunları Livanın bütün işğal olunmuş ərazilərindən çıxarılmadan cənubda real və davamlı sabitlik olmayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin