Hollandiya Ukrayna sammitində öhdəliklər götürməkdən imtina edir

14:16 - 3 Mart 2025

Hollandiya Ukrayna sammitində öhdəliklər götürməkdən imtina edir

Hollandiya Avropa liderlərinin bazar günü Londonda keçirilən görüşündə heç bir konkret öhdəlik götürməyib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Dik Şof bildirib.

“Mən heç bir konkret məbləğin adını çəkməmişəm və heç bir konkret öhdəlik götürməmişəm”.

Eyni zamanda, Hollandiya hökumətinin başçısı açıq şəkildə bildirib ki, ümumilikdə sammitdə elan edilmiş təşəbbüsləri dəstəkləyir və sonrakı müzakirələrdə iştirak edəcək.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin