İranda zəlzələ oldu

11:16 - 3 Mart 2025

İranda zəlzələ oldu

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində zəlzələ baş verib.

 

Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, baş verən yeraltı təkanlar 5,1 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı yerin 28 kilometr dərinliyində yerləşib.

Zəlzələdə tələfat olub-olmaması ilə bağlı hələlik açıqlama verilməyib.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin