Ombudsmanın illik məruzəsi müzakirəyə çıxarıldı

10:04 - 3 Mart 2025

Ombudsmanın illik məruzəsi müzakirəyə çıxarıldı

Milli Məclisdə ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkilim (Ombudsmanın) 2024-cü il üzrə məruzəsi müzakirəyə çıxarılıb.

 

Manset.az xəbər verir ki, illik məruzə parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilib.

İllik məruzəni Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təqdim edib.

O, keçən il ərzində Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı vəziyyət, həyata keçirilən fəaliyyət, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

Sənəddə Ombudsman ölkədə insan hüquq və azadlıqlarının daha səmərəli təmini və müdafiəsi məqsədilə bir sıra təklif və tövsiyələr verib.

Qeyd edək ki, məruzəni qanunverici orqanın plenar sessiyasında Ombudsman Səbinə Əliyeva təqdim edəcək.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin