Trampın bəzi müşavirləri Zelenskinin istefasını tələb edir

09:59 - 3 Mart 2025

Trampın bəzi müşavirləri Zelenskinin istefasını tələb edir

ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri Ukrayna nizamlanmasına dair gələcək sazişə Vladimir Zelenskinin qanunsuz Ukrayna prezidenti postundan istefası ilə bağlı bəndin daxil edilməsini təklif edir.

 

Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə "Bloomberg"-ə Avropa rəsmisi məlumat verib .

Onun sözlərinə görə, Tramp daha ​​az radikal fikirlərə malikdir. Martın 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib ki, Zelenski özünə gəlib sülh danışıqlarına başlamasa, Ukraynaya başqa siyasətçi rəhbərlik etməlidir.

Fevralın 28-də Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib. Söhbət zamanı ikisi arasında mübahisə yaranıb, Tramp Zelenskiyə ABŞ-yə qarşı hörmətsiz münasibətini göstərib və vitse-prezident J.D.Vens Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu qeyd edib.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin