İranın vitse-prezidenti istefa verdi

08:55 - 3 Mart 2025

İranın vitse-prezidenti istefa verdi

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçmentindən sonra istefa verib. 

 

Manset.az xəbər verir ki, bununla bağlı “Fars” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, vitse-prezident öz istefasını İran Məclisinin iclasından sonra elan edib.

Qeyd olunub ki, İran Prezidenti Məsud Pezeşkian hələ Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib./qafqazinfo


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin