Lukaşenko Bolqarıstanla dialoqa hazır olduğunu bildirdi

08:46 - 3 Mart 2025

Lukaşenko Bolqarıstanla dialoqa hazır olduğunu bildirdi

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Minskin həmişə mühüm Avropa tərəfdaşı kimi qəbul etdiyi Bolqarıstanla tam hüquqlu münasibətləri bərpa etmək mümkündür.

 

Manset.az-ın məlumatına görə, bunu Belarus prezidenti Bolqarıstan xalqının qurtuluş günü münasibətilə təbrikində bildirib.

"Belarus Bolqarıstanı həmişə oxşar dəyərlərə və mentalitetə ​​malik mühüm Avropa tərəfdaşı kimi qəbul edib. Minsk bu gün də öz əqidəsinə sadiqdir. Hörmət və bərabərliyə əsaslanan dinc konstruktiv dialoqa hazırdır".

Lukaşenko əmin olduğunu bildirib ki, hər iki ölkə tamhüquqlu münasibətləri bərpa etmək yollarını tapa bilər.

"Belaruslar və bolqarlar birgə işləməyə, dost olmağa davam edəcək. Bununlada Avropa qitəsində qarşılıqlı anlaşmanı təşviq edəcəklər”.


Xəbər xətti

4 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin