Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək öldü

18:15 - 2 Mart 2025

Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək öldü

Qazaxıstanda fərdi yaşayış evində bir ailənin 7 üzvü, o cümlədən 5 uşaq qazdan zəhərlənərək ölüb.

 

Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Manqistau vilayətində baş verib.

Fövqəladə Hallar Departamentinin ilkin məlumatına görə, hadisə qaz avadanlıqlarının istismarı qaydalarının pozulması səbəbindən baş verib. Ölənlərin hamısının Özbəkistan vətəndaşları olduğu, onların Qazaxıstanda müvəqqəti yaşama icazəsinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin