Biləsuvarda internet modeminin alışması evi külə döndərdi

15:03 - 2 Mart 2025

Biləsuvarda internet modeminin alışması evi külə döndərdi

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.

 

Manset.az xəbər verir ki , hadisə rayonun Bəydili kəndində, 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydın oğluna məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb olunsa da, ev tamamilə yanıb.

Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin