Xankəndi, Ağdərə və Xocalıda buraxılış imtahanları keçirildi

12:36 - 2 Mart 2025

Xankəndi, Ağdərə və Xocalıda buraxılış imtahanları keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan ərazilərdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

 

Manset.az-ın verdiyi xəbərə görə, buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Ağdərə rayonu Talış kəndi, Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib.

İşğaldan azad olunan ərazilərdə keçirilən imtahanlarda ümumilikdə 26 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişi nəzarətdə saxlanır. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.


Xəbər xətti

3 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin