Babası vəfat etdiyi gün yarışan iştirakçı atasını itirdi - VİDEO

20:15 - 1 Mart 2025

Babası vəfat etdiyi gün yarışan iştirakçı atasını itirdi - VİDEO

Babası rəhmətə getdiyi gün yarışa çıxan “Səs Azərbaycan”ın iştirakçısı Nofəl Aslanova daha bir itki üz verib.

 

Manset.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

“Ən çətini odur ki, dünən mənə dedin: “Nofəl, məni sağalt…” Və… mən səni sağalda bilmədim. Çox çalışdım, amma nə mənim gücüm, nə də həkimlərin gücü buna çata bilərdi… Çox əziyyət çəkdin, Allah günahlarını bağışlasın. Keçən ilin sonunda babamı itirdim, 2025-ci ildə atamı. Ruhlarınız şad olsun. Baba, oğlun yanına gəlir… Sizinlə görüşəcəyim vaxt çatanda səbirsizliklə gözləyəcəyəm.

22:45 – 59 yaş… nə yaş idi ki? Bu şəkil, ən son çəkilən şəklin oldu. Yaxşı ki, nəvənin 40 gününü gördün. Ruhun şad olsun, Allah rəhmət eləsin, ata…”, - deyə Nofəl bildirib.    (olay)


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin