Ramazan ayının 2-ci gününün duası - İmsak və iftar vaxtı
1 Mart 2025
19:50 - 1 Mart 2025
Finlandiya prezidenti Alexander Stabb ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında aparılan danışıqların yeganə qalibinin Rusiya prezidenti Vladimir Putin olduğunu bildirib.
Manset.az xəbər verir ki, bu barədə o, "Yle" radiosuna müsahibəsində deyib.
Stabb Vaşinqtondakı görüşünün belə başa çatmasından şoka düşdüyünü qeyd edib. "Bu, əslində yalnız bir qalibin olduğu diplomatik uğursuzluq idi və o (Vladimir Putin - red.) danışıqlarda belə iştirak etmədi", - Prezident bildirib.
Finlandiya prezidenti qeyd edib ki, o, heç vaxt dövlət başçılarının Zelenski və Donald Tramp kimi ictimai yerlərdə davranmasını görməyib. O, Ağ Ev danışıqlarının pozulmasını “kədərli və tarixi hadisə” adlandırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin