Hakan Fidan Ukrayna üçün Britaniyaya gedir

18:45 - 1 Mart 2025

Hakan Fidan Ukrayna üçün Britaniyaya gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 2-də Böyük Britaniyada Ukrayna üçün təşkil olunan toplantıda iştirak edəcək.

 

Manset.az bu barədə “NTV Türkiyə”yə istinadən xəbər verir.

Bildirilir ki, XİN rəhbəri Ankaranın Rusiya ilə Ukrayna arasında danışıqlar aparmağa hazır olduğunu bir daha təsdiqləyəcək.

Məlumata görə, H, Fidan tədbirdə Türkiyənin Rusiya-Ukrayna müharibəsini ədalətli və davamlı sülh yolu ilə dayandırmaq üçün səylər göstərdiyini vurğulayacaq. 

O həmçinin 2022-ci ilin mart ayında Rusiya və Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi etmiş Türkiyənin bu rolu yenidən öz üzərinə götürməyə hazır olduğunu bildirəcək.


Xəbər xətti

1 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin